FİFA klublararası dünya çempionatında II turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, G qrupunda "Yuventus" Mərakeş təmsilçisi "Vidad"lə qarşılaşıb.
Matç İtaliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Yuventus" bu qələbə ilə xallarının sayını 6-ya çatdıraraq G qrupunun lideridir.
22 iyun
"Yuventus" - "Vidad" 4:1
Qollar: A.Boutouil,6(ö.q), K.Yıldız,16,69, D.Vlahoviç,90+4, - T.Lorç,25