Mbappe "Zaltsburq"a qarşı oynaya biləcək. Sport24.az xəbər verir ki, bu barədə "Real"ın(Madrid) baş məşqçisi Xabi Alonso məlumat verib.

 

Onun dediyinə görə, fransız xəstəxanadan evə buraxılıb. O, əvvəllər mədə-bağırsaq iltihabına görə xəstəxanaya yerləşdirilmişdi. Mbappe klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda iştirak edəcək:

 

"Kilian indi daha yaxşıdır. O, iki gün əvvəl xəstəxanadan buraxılıb, bütün lazımi testlərdən keçib. Mbappe sağalır və "Zalstburq"la görüşdə meydana çıxması ilə bağlı daha nikbin oluruq".