Azərbaycan Gənclər və İdman Nazirliyi növbəti fəxri adları verib. Sport24.az xəbər verir ki, bu, nazirliyin növbəti Kollegiya iclasında reaallaşıb.
Belə ki, Kollegiyanın qərarına əsasən, göstərdikləri yüksək nəticələrə görə Cəfərov İslam Əli oğlu, Əliyev Rayət Səhlədar oğlu, İsayev Nizami Çərkəz oğlu “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, Əliyev Rəşad Rauf oğlu və Hüseynov Şahin Rüstəm oğlu “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, İsrafilov Vəli Rəşadət oğlu isə “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adlarına layiq görülüblər.
Qeyd edək ki, Şahin Hüseynov Azərbaycanın tanınmış şahmat məşqçilərindəndi.