"İnter"in iranlı hücumçusu Mehdi Taremi Tehranı tərk edə bilib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Taremi İranın paytaxtını tərk edərək doğulduğu Buşehrə gedib. Futbolçu klub meneceri ilə də əlaqə saxlayıb, həmçinin İtaliya klubunun baş məşqçisi Kristian Kivu ilə danışaraq yaxşı olduğunu bildirib.

 

Qeyd olunur ki, Taremi müstəqil məşq edir və hər an mundialda "İnter"ə qoşulmağa hazırdır.