"Çelsi" klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunun matçında "Esperans"ı məğlub edib. Sport24.az xəbər verir ki, londonlular rəqib qapısından 3 cavabsız top keçirib — 3:0.

 

İngiltərə təmsilçisi ilk hissəyə əlavə olunmuş dəqiqədə iki qol vurub — Tosin Adarabioyo və Liam Delap fərqlənib. Hər iki qol Enzo Fernandesin ötürmələrindən vurulub. İkinci hissənin sonunda 19 yaşlı Tyreke Corc son nöqtəni qoyub.

 

Qeyd edək ki, aktivində 6 xal olan "Çelsi" D qrupunda 2-ci yeri tutub. "Esperans" isə üçüncü olub və pley-offa adlaya bilməyib.

 

"Çelsi" 1/8 finalda "Benfika" ilə qarşılaşacaq. Qarşılaşma iyunun 28-də baş tutacaq.