"Kəpəz"in müdafiəçisi Dioqo Verdaska Gəncə təmsilçisi ilə yolları ayıracaq. Bu barədə Sport24.az-a açıqlamasında futbolçunun agenti Vaqif Heydərli deyib:
"Dioqo Verdaskaya təkliflər var. Hansı komandalardan deməyim düzgün olmaz. Bugünkü günə olan vəziyyəti nəzərə alsaq, görünən odur ki, Portuqaliyalı oyunçu Gəncə klubundan ayrılacaq".
Qeyd edək ki, 27 yaşlı Verdaska karyerası ərzində "Mirandes", "Real Saraqosa", "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) kimi komandaların formasını geyinib.