"Santos"un hücumçusu Neymar Braziliya klubu ilə müqaviləsini uzatmaq qərarını açıqlayıb. Sport24.az xəbər verir ki, 33 yaşlı futbolçunun komanda ilə yeni müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub və onun bir qədər də uzadılması variantı var.
Ulduz futbolçu yeni anlaşma ilə bağlı klub saytına açıqlama verib:
"Ürəyimin səsinə əsaslanaraq qərar verdim. "Santos" təkcə mənim komandam deyil, o, evim, köklərim, tarixim və həyatımdır. Mən bura indi kişi olmuş bir uşaq kimi gəlmişdim. Mən burada həqiqətən sevilirəm və özüm ola bilirəm. Karyeramda çatışmayan arzularımı həyata keçirmək istədiyim yer məhz buradır. Və heç nə məni dayandıra bilməz. Getdim, qayıtdım və qalacağam. Hər şeyin başladığı və heç bitməyəcəyi yerdə".
Qeyd edək ki, Neymar "Santos"un yetirməsir. O, bu ilin yanvarında azad agent kimi kluba qayıdıb. O, geridə qalan müddətdə komandanın heyətində 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.