İlya Sadıqov karyerasını Türkiyənin ikinci liqa təmsilçisi "Serikspor"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə  "Ajansspor" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, futbolçunun atası, klubun səhmlərinin 50%-ni almış Tufan Sadıqov oğlunu Türkiyə klubunda görmək istəyir.

 

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm "Ximki"nin heyətində 20 oyun keçirib və bir qol da vurmayıb. "Serikspor"u rusiyalı Sergey Yuranın çalışdıracağı da məlumdur.