"Antalyaspor" FİFA-nın transfer qadağası səbəbindən rusiyalı müdafiəçi Georgiy Cikiya ilə müqavilə bağlaya bilmir. Sport24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Klubun adı çəkilməyən nümayəndəsi futbolçunun hazırda Antalyada olduğunu bildirib:

 

"Cikiya hazırda Antalyadadır. Amma müqavilə imzalamaq hələ mümkün deyil. Ali futbol qurumu kluba transfer qadağası qoyub. Bu üzdən hələ ki, nə Cikiya, nə də başqası ilə anlaşma imzalamaq mümkündür".

 

Qeyd edək ki, 31 yaşlı müdafiəçi "Spartak"dan ayrıldıqdan sonra azad agent kimi ötən mövsüm "Ximki"nin formasını geyinib.