2022-ci ildə "Sumqayıt"ı çalışdıran Aleksey Baqanın adı ötən mövsümün sonlarında yenidən "Gənclik şəhəri" komandası və "Şeriff"lə hallanırdı. Sport24.az xəbər verir ki, 44 yaşlı belaruslu mütəxəssisin yeni iş yeri məlum olub.

 

O, Rusiya İkinci liqasında yarışan "Leninqradets"in baş məşqçisi təyin olunub.

 

Qeyd edək ki, Baqa "Sumqayıt"dan sonra Belarusun "Şaxtyor" (Soliqorsk) və Rusiyanın "Sokol" (Saratov) komandalarını çalışdırıb.