"Neftçi" bu gün yeni mövsümün hazırlığına start verib. Sport24.az xəbər verir ki, komandanın üzvləri təlim-məşq toplanışının ilk gününü "Neftçi" Futbol Mərkəzində bir məşqlə başa vurublar.
Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. "Binkovski Hotel"də məskunlaşacaq "ağ-qaralar" orada 4 yoxlama görüşü keçirəcək.