"Neftçi"nin futbolçuları Liv Bona Dea Hospitalda Check Up müayinəsindən keçiblər. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Mustafa Sek, Bassala Sambu, Edvin Kuç və Ryonosuke Ohori ümumi müayinədən keçiblər.

 

Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onların sağlamlığında heç bir problem aşkarlanmayıb.