Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni klubu olan "Kayzerslautern"in Almaniya kubokundakı rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, komanda ilk mərhələdə "RSV Aytraxt 1949"la qarşılaşacaq.
Matç avqustun 17-də keçiriləcək.
Qeyd edək ki, Almaniya kubokunun 1-ci mərhələsi 1 oyundan ibarətdir.
Xatırladaq ki, Mahir Emreli dünən "Kayzerslautern" ilə 3 illik müqavilə imzalayıb.