Karate üzrə üçqat dünya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska seminar keçirib. Sport24.az xəbər verir ki, Odessada baş tutan tədbirə müxtəlif klublardan 120 iştirakçı qatılıb.

 

Azərbaycan millisinin üzvü müxtəlif yaşlarda olan gənc idmançılara məşq keçib.

 

Seminarda üçqat Avropa çempionu Anjelika Terlyuqa (Ukrayna) da iştirak edib.

 

Qeyd edək ki, Zaretska bu yaxınlarda Mərakeşin Rabat şəhərində Premyer Liqa mərhələsində beşinci yeri tutub.