Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini Şota Arvelaadze çalışdıracaq.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Şota Arveladzenin son iş yeri "Fatih Karagümrük" olub. "Kasımpaşa" isə Burak Yılmazla yollarını ayırıb.