Dağıstan Respublikasının təhlükəsizlik qüvvələri dövlət katibi Maqomed-Sultan Maqomedovu saxlayıb. Sport24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Çərşənbə günü Maqomedovla əlaqəli bir neçə ünvanda axtarışlar aparılıb. Mənbənin sözlərinə görə, cinayət işi onun 20 ilə yaxındır rəhbərlik etdiyi "Dagneftbaza"nın qanunsuz özəlləşdirilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, Maqomedov "Anji" futbol klubunun yaradıcısıdır. O, komandanı 1991-ci ildə təsis edib.