Ölkəmiz 2026-cı ildə növbəti gimnastika yarışına evsahibliyi edəcək. Sport24.az xəbər verir ki, bədii gimnastika üzrə Dünya Kuboku paytaxtımızda keçiriləcək.

 

Bu barədə Avropa Gimnastikasından rəsmi açıqlama yayılıb. Turnir aprelin 30-dan mayın 3-nə kimi təşkil olunacaq.

 

Qeyd edək ki, Dünya kuboku bu il mayın 1-4-də Bakıda keçirilib.