Almaniyanın Auqsburq şəhərində 8 Mart gününə həsr olunmuş qadınlar arasında şahmat turniri başlayıb. Sport24.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Mələk İsmayıl da çıxış edir.

 

O, ilk turda Maxteld Van Forestlə (Niderland) heç-heçə edib.

 

İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq yarışda ümumilikdə 28 şahmatçı mübarizə aparır.

 

Turnirin reytinqin favoriti Deimante Daulitte-Kornettedir (Fransa).