Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinə bu gün start veriləcək. Sport24.az xəbər verir ki, kişilərin yarışında turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov Aydın Süleymanlı ilə, Read Səmədov isə Məhəmməd Muradlı ilə qarşılaşacaq.
Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva Gülnar Məmmədova ilə, Türkan Məmmədyarova isə Ayxan Allahverdiyeva ilə üz-üzə gələcək.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.