Beynəlxalq Şahmat Federasiyasının (FIDE) avqust reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 17-ci pilləyə yüksəlib. Onun aktivində 2703 xal var.
Teymur Rəcəbov isə 2700 xalla 33-cüdür.
Reytinq cədvəlinin ilk pilləsində duran norveçli Maqnus Karlsendir (2832).
Qadınlardan Günay Məmmədzadə 2441 xalla 31-cidir. Gövhər Beydullayeva (2412) 43-cü, Xanım Balacayeva isə 2384 xalla 60-cıdır. Ülviyyə Fətəliyeva geriləyərək 72-ci sırada qərarlaşıb (2369).
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir.