Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən şahmat üzrə "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub. sport24.az xəbər verir ki, təmsilçimiz 9 turdan sonra 7 xal toplayıb.

 

Son tura lider kimi başlayan Məhəmməd yekun partiyada heç-heçə oynayıb. O, çinli Dai Changrenlə xalı yarı bölüb. Muradlı 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.

 

Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə Səfərli 6-cı yeri tutub.

 

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətiylə təbrik edib.