Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Sport24.az xəbər verir ki, ilk iki turda İordaniya və Finlandiyanı məğlub edən Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb.

 

Yığma komandamız 3:1 hesabı ilə qalib gələrək qələbə seriyasını 3-ə çatdırıblar. Millinin hesabında 6 xal var.

 

Qadınlardan ibarət millisi isə Argentina ilə üz-üzə gəlib. Yığmamız üstün olsa da Ülviyyə Fətəliyevanın məğlubiyyəti görüşün heç-heçə bitməsi ilə nəticələnib. Komandamız 5 xal toplayıb.

 

45-ci Şahmat Olimpiadası
III Tur, 13 sentyabr

Kişilər
Azərbaycan – Moldova - 3:1
Aydın Süleymanlı – İvan Şitko - 1:0
Nicat Abasov – Andrey Makovey - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin - 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan - 0,5:0,5

 

Qadınlar
Azərbaycan – Argentina - 2:2
Günay Məmmədzadə – Kandela Fransisko - 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos - 0:1
Xanım Balacayeva – Anapola Borda - 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura - 1:0

 

Qeyd edək ki, yığmalarımız ilk iki turu qələbə ilə başa vurublar.