15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Futbol Kompleksində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Görüş Belarusun 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində yeganə qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.

 

Azərbaycan yığması növbəti oyununu sentyabrın 19-da Özbəkistana qarşı keçirəcək.

 

Qeyd edək ki, turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.