AFFA-nın keçmiş baş katibi Elxan Məmmədova FIFA-da yeni vəzifə verilib. Sport24.az xəbər verir ki, o, quruma üzv assosiasiyalar üzrə baş məsul şəxs olacaq. Məmmədov vəzifələrinin icrasına noyabrın 1-dən başlayacaq.

 

Elxan Məmmədov 2007-2022-ci illərdə AFFA-da çalışıb. O, 2022-ci ilin mayında FIFA-ya Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.