Rusiya Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, "ən yaxşı futbolçu" adına Moskva "Dinamo"sundan Konstantin Tyukavin layiq görülüb.

 

"Zenit"in çalışdırıcısı Sergey Semak "ən yaxşı baş məşqçi" seçilib.

 

"Krılya Sovetov"un üzvü Nikita Saltıkov isə "ən yaxşı gənc futbolçu" üçün ayrılan mükafata yiyələnib.