Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-də növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda XXIX turda "Atlanta Yunayted"in qonağı olub. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.

 

Lionel Messi bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və sona qədər oynayıb.

"İnter Mayami" 29 turdan sonra 63 xalla birinci sıradadır.