"Mançester Siti" yeni Çempionlar Liqasının ilk oyununda evdə "İnter" ilə qolsuz heç-heçə edib. Sport24.az xəbər verir ki, bunun sayəsində "şəhərlilər" turnirdəki məğlubiyyətsizlik seriyasını əsas vaxtda 24 matça çatdırıb. Bu barədə "Squawka" məlumat yayıb.

 

Pep Qvardiolanın komandası əzəli rəqibi "Mançester Yunayted"in turnirdəki rekordunu qırmağa yaxındır. 2007-2009-ci illərdə 25 oyunda məğlub olmayan "qırmızı şeytanlar" rekord sahibidirlər.