Bu gün FİFA milli komandaların yeni reytinq cəvdəlini açıqlayıb.

Sport24.az xəbər verir ki, Azərbaycan milli komandası əvvəlki ayla müqayisədə mövqeyində geriləyib. Fernandu Santuşun komandası 111-ci pillədən 113-cü yerə düşüb. Komandamızın aktivində 1173.15 xal var.

 

Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan İsveç 28-ci (+1), Slovakiya 42-ci (+2), Estoniya isə 122-ci (+1) yeri tutur.


  
Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi başçılıq edir.