Azərbaycanın qadınlardan ibarət şahmat millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasında qələbə ilə başlayıb. Sport24.az xəbər verir ki, I turda Nikaraqua ilə qarşılaşan idmançılarımız rəqibə şans tanımayıblar -  4:0.

 

Ülviyyə Fətəliyeva – Mariya Qaranados - 1:0
Gövhər Beydullayeva – Kristiana Martines - 1:0
Xanım Balacayeva – Abigel Kabesas - 1:0
Gülnar Məmmədova – Aleksandra Munyos - 1:0

 

Qeyd edək ki, kişilərdən ibarət komandamız isə İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.