"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqada ən çox oyun keçirmiş qapıçıların siyahısında ilk üçlüyə daxil olub. Sport24.az xəbər verir ki, 38 yaşlı qolkiper indiyədək Almaniya çempionatında 513 matçda meydana çıxıb.

 

O bu göstəricidə yalnız Oliver Kan ("Karlsrue", "Bavariya" - 557 oyun) və Ayke İmmeldən ("Borussiya Dortmund", "Ştutqart" - 534) geri qalır.

 

Qeyd edək ki, Noyer Bundesliqada ən çox oyun keçirmiş futbolçuların siyahısında isə 10-cudur.