Naxçıvanda Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb. Sport24.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.

 

Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub. Qurum 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.

 

Qeyd edək ki, əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı. Bunun əvəzində Naxçıvanda ümumrespublika federasiyalarının nümayəndəlikləri fəaliyyət göstərəcək.