FİDE mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimovun ölümü ilə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, qurumun mətbuat xidməti mərhumun qohumlarına və dostlarına başsağlığı verib.
FİDE onun tanınmış şahmat məşqçisi olduğunu vurğulayıb. Qasım Həşimovun Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin Təşkilat Komitəsinin rəhbəri olduğu vurğulanıb.
Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.