Bu gün qadın voleybolçular arasında Yüksək Liqada V turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, 2025-ci ilin ilk matçı GİN-in Voleybol Mərkəzində baş tutub.

 

"Murov Az Terminal" lider, ardıcıl 4 qələbə qazanan "Abşeron"la qarşılaşıb. Görüş yarımada təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Eyni hesab "Azərreyl" - "Gəncə" görüşündə qeydə alınıb. "Dəmiryolçular"ın məğlubiyyəti çoxları üçün gözlənilməz olub.

 

Liqanın autsayderi UNEC də növbəti matçına çıxıb. "Tələbələr" "Milli Aviasiya Akademiyası" ilə görüşdə quru hesabla uduzublar.

 

Yüksək Liqa (qadınlar)
V tur
9 yanvar
"Murov Az Terminal" - "Abşeron" - 0:3 (13:25, 15:25, 21:25)

GİN-in Voleybol Mərkəzi

UNEC - "Milli Aviasiya Akademiyası" - 0:3 (10:25, 5:25, 7:25)
UNEC VK-nın idman zalı

"Azərreyl" - "Gəncə" - 0:3 (22:25, 22:25, 17:25)
GİN-in Voleybol Mərkəzi

 

 

1

Abşeron

5

5

0

15-3

357-179

14

2

Gəncə

5

3

2

11-6

299-269

10

3

Milli Aviasiya Akademiyası

5

3

2

11-9

339-373

9

4

Azərreyl

5

3

2

10-8

263-282

8

5

Murov Az Terminal

5

1

4

6-12

309-319

4

6

UNEC

5

0

5

0-15

129-300

0