İngiltərə Premyer Liqa təmsilçisi "Everton" baş məşqçisi Şon Dayçla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Liverpul təmsilçisinə müvəqqəti olaraq 18 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi Leyton Beyns rəhbərlik edəcək.
Qeyd edək ki, ötən gün Premyer Liqanın daha bir təmsilçisi "Vest Hem" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərmişdi.