"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Sumqayıt"la bu gün keçirilən yoxlama matçından sonra oyun haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş 2:2 hesabı ilə başa çatıb.

 

E.Baxşıyev bütün futbolçularına şans verdiyini və bunun faydalı olacağını bildirib: "Bizim üçün faydalı oyun oldu. Çalışdıq hər kəs eyni yüklənməni qəbul etsin. Ona görə də düşərgəmizdə olan futbolçuların hamısına şans verdik".

 

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 39 xalla 2-ci pillədədir.