"Yeni ildə ilk oyunumuzu keçirdik. Sevindirici hal odur ki, məğlub olmadıq". Sport24.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"la yoxlama oyununu şərh edərkən "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov deyib.
35 yaşlı mütəxəssis xüsusilə əsas komandaya qoşulan gənclərin oyunundan razı qaldığını vurğulayıb: "Futbolçulara təlim-məşq toplanışı çərçivəsində ağır fiziki yüklənmələr vermişik. Bu səbəbdən də komandada yorğunluq hiss olunurdu. Bununla belə futbolçularımın əzmkarlığından razı qaldım. Xüsusilə də şans verdiyimiz gənc futbolçuların oyunu məni qane etdi. Düşünürəm ki, onlar da zamanla özlərini inkişaf etdirərək əsas komandanın üzvünə çevriləcəklər".
Qeyd edək ki, bu gün keçirilən "Sumqayıt" - "Araz-Naxçıvan" matçı 2:2 hesabı ilə başa çatıb.