Üçqat Olimpiya çempionu Katinka Hossu peşəkar karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bu barədə macarıstanlı üzgüçü sosial şəbəkə hesabında məlumat yayıb.
Hossu 30 illik karyerasını uğurlu adlandırıb, əldə olunan nəticələrə görə qürur hissi keçirdiyini bildirib.
Qeyd edək ki, 35 yaşlı idmançı 200 və 400 m məsafələrə kompleks üzmədə və 200 m məsafəyə arxasıüstə üzmədə Yay Olimpiya Oyunlarının çempionu titulunu qazanıb.