Volodar Murzin Nyu-Yorkda keçirilən rapid üzrə dünya çempionatında bir məğlubiyyətə belə uğramadan, 13 mümkün xaldan 10 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub. Sport24.az xəbər verir ki, 18 yaşlı rusiyalı şahmatçı rapid üzrə dünya çempionatları tarixində ikinci ən gənc qalibdir.

 

Murzin bu göstəriciyə görə yalnız 2021-ci ildə 17 yaşında çempion olmuş Nodirbek Abdusattorovdan (Özbəkistan) geri qalır.

 

Hampi Koneru isə qadınların yarışına məğlubiyyətlə başlasa da, bununla belə, 8,5 xalla (mümkün 11 xaldan) birinci yeri tutub. Hindistanlı şahmatçı karyerasında ikinci dəfə rapid üzrə dünya çempionu olub.