45-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda Azərbaycan millilərinin rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, VII turda kişilərdən ibarət millimiz Qazaxıstanla qarşılaşacaq.

 

Şahmatçılarımız 8 xalla 22-ci pillədə qərarlaşıblar.

Qadınlardan ibarət yığmamız da Qazaxıstanla qarşılaşacaqlar. Komanda hazırda 10 xalla 10-cu pillədə yer tutur.

 

Qeyd edək ki, sentiyabrın 17-si Olimpiadada istirahət günüdür, VII turun oyunları sabah keçiriləcək.