Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası başlayır. Sport24.az xəbər verir ki, ilk turda Azərbaycanın kişilərdən ibarət yığması İordaniya ilə qarşılaşacaq.

 

Qarşılaşma üçün heyətlər hələ ki, müəyyənləşməyib. Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

 

Qadınlardan ibarət yığma isə Nikaraqua ilə üz-üzə gələcək. Kapitanı Mixail Şereşevski olduğu yığma Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.