Bir müddətdi adı müxtəlif klublarla yanaşı hallanan Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabionun yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Marsel" ilə anlaşıb.

 

O, Liqa 1 təmsilçisində 25 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Rabio ötən mövsüm A Seriyasında "Yuventus"un heyətində 31 oyun keçirib, 5 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.