"Roma" "Torino"nun sabiq baş məşqçisi İvan Yuriçlə razılıq əldə edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Xorvatiyalı mütəxəssislə 2025-ci ilin iyununa qədər müqavilə imzalanacaq. İtaliya klubunun gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanacağı halda, müqavilənin daha bir il uzadılacağı bildirilir. 

 

Qeyd edək ki, "Roma" məşqçisi Daniele De Rossini istefaya göndərib.