II liqada III tur davam edir. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib. "Ağdaş" "Saatlı-Araz"ı, "Şahdağ Qusar" "Şimal"ı, "Haypers Quba" isə "Lerik"i qəbul edib.

 

17 sentyabr (çərşənbə axşamı)

"Ağdaş" – "Saatlı-Araz" 0:1

Qol: Elariz Xəlilli, 78

Qırmızı vərəqə: Vasif Nəsirov, 34 ("Ağdaş")
Ağdaş. Şəhər stadionu

"Şahdağ Qusar" – "Şimal" 2:1

Qollar: Tural Qurbatov, 38, Ədilxan Qarəhmədov, 80 (pen) - Pirverdi Seyidov, 20
Şamaxı. OİK stadionu

"Haypers Quba" – "Lerik" - 6:0

Qollar: Cavid İmamverdiyev, 11, 73, Nurlan Novruzov, 40, 63, Ramil Əhmədov, 42, Nail Təhməzli, 80
Quba. OİK stadionu

 

Qeyd edək ki, sabah keçiriləcək "Şəfa" – "Kür-Araz" oyunu ilə yekun vurulacaq.