Rusiyalı qrossmeyster Sergey Karyakin son hərəkəti ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, ttanınmış şahmatçı iyulun 29-dan avqustun 25-nə qədər paytaxtımızda keçiriləcək dünya kubokunda iştirakdan imtina edib.

Bu yarışa rusiyalı şahmatçılar neytral statusda dəvət alıb. Yəni, Karyakin qalib gəlsəydi belə, Rusiyanın himni səslənməyəcəkdi. O da buna etiraz əlaməti olaraq turniri boykot edib.

Hələ bu harasıdı? Karyakin bir qədər də irəli gedərək Rusiyanın Ukraynadakı hərbi bazarlardan birini ziyarət edib. O, burda hərbçilər və əsgərlərlə şahmat oynayaraq onlara master-klass keçib. Bu xəbəri Rusiyanın müdafiə nazirliyi yayıb. Xəbərdə qeyd olunub ki, Karyakin həm də hərbi qulluqçuların cəbhə xəttindəki həyatı ilə maraqlanaraq onlara düşmən (!) üzərində tezliklə qələbə çalmağı arzulayıb.