Şahmat üzrə dünya çempionunun adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, norveçli qrossmeyster Maqnus Karlsen növbəti - 6-cı dəfə titulun sahibi olub. 

31 yaşlı şahmatçı rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Bununla da sona 3 tur qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Qeyd edək ki, Maqnus 2013, 2014, 2016, 2018 və 2021-ci illərdə dünyanın ən güclü şahmatçısı olub.