Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen rusiyalılarla oynamağın əleyhinə olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, norveçli qrossmeytser indiki vəziyyətdə onlarla qarşılaşmanın doğru olmadığnı düşünür: “Vaxt ötdükcə rusiyalı şahmatçılara qarşı oynamaq bir qədər xoşagəlməz hala çevrilir. Əvvəllər mən də fikirləşirdim ki, onların yarışlardan kənarlaşdırılması ilə bağlı qərar verməzdən əvvəl fikirləşmək lazımdır. Çünki bilmirdik ki, bu müharibə nə qədər davam edəcək. Amma görünən odur ki, məsələ uzanır. Artıq fikirləşirəm ki, belə olan vəziyyətdə rusiyalı şahmatçılara qarşı oynamaq doğru deyil. Amma yenə də bu qərarı vermək səlahiyyətində olan insan deyiləm!”.

Xatırladaq ki, Karlsen Şahmat tacı uğrunda rusiyalı qrossmeyster Yan Nepomnyaşiyə qarşı oynamaqdan imtina edib. Bu da o deməkdir ki, norveçli şahmatçı titulunu itirəcək. Nepomnyaşi isə aprelin 7-dən 30-na qədər Astanada çinli qrossmeyster Dinq Lirenlə qarşılaşacaq.