Bu gün Beynəlxalq Şahmat Federasiyası - FIDE-nin yaranmasının 100 illiyi münasibətiylə Fransnın paytaxtı Parisdə təntənəli mərasim təşkil edilir.

Sport24.az xəbər verir ki, yubiley tədbirinə FIDE rəsmiləri ilə yanaşı, dünya şahmatının ulduzları da dəvət olunub.

Mərasimdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da iştirak edir. M.Məmmədov səfər zamanı Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə görüşüb. Görüş zamanı qurumlar arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə edilib.

Qeyd edək ki, iyulun 20-si Beynəlxalq Şahmat Günüdür. Bu günün əsası 1924-cü ildə yaradılan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarı ilə 1966-cı ildən başlayaraq qeyd edilir. Hazırda FIDE-nin himayəsi altında gənclər, kişilər, qadınlar və böyüklər arasında 60-dan çox rəsmi çempionat təşkil edilir.