Sabah Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş turnir baş tutacaq. Sport24.az xəbər verir ki, idman jurnalistlərinin iştirakı ilə təşkil olunacaq yarış İsveçrə sistemi ilə keçiriləcək.
Yeddi turdan ibarət turnirin qalibi rapid yarışmasında müəyyənləşəcək. İştirakçılara 10 dəqiqə vaxt verilmək şərti ilə hər gedişə 5 saniyə də əlavə olunacaq.
Turnirin baş hakimi Rəhim Qasımov olacaq.
İştirakçılara gəlincə, AŞF-dən saytımıza verilən məlumata görə, idman mediasının 20-dən artıq jurnalisti mübarizə aparmaq arzusunu bildirib.
A və B qrupları üzrə bölünəcək içtirakçılar arasında qaliblərə pul mükafatı və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulub.