"Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya"ya (Praqa) qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib. Sport24.az xəbər verir ki, Mikels UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qiymətləndirməsinə əsasən bu mükafata layiq görülüb.

 

"Sabah"ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 90 dəqiqə meydanda olan futbolçu komandasının ikinci qolunu  vurub.

 

Qeyd edək ki, UEFA-nın təqdim etdiyi statistikaya əsasən, Mikels oyunda 10,9 kilometr məsafə qət edib. Onun maksimal sürəti saatda 32,7 kilometr olub.