"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilib:

 

"Sabah" FK-nı Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edir, qarşıdakı oyunlarında uğurlar arzulayırıq".

 

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda "Slaviya"ya (Praqa) 2:0 hesabı ilə qalib gəlib.